Preloader Close

Proqram təminatı

Proqram təminatı

Proqram təminatı xülasə

“AzTruck” ağır tonnajlı yüklərin ölçülməsi üçün nəzərdə tutulmuş tamamı yerli və milli olaraq, yerli programçılarımız tərəfindən hazırlanmışdır. “AzTruck” proğramı avtomobil, qatar kimi nəqliyyat növlərini hərəkətli və ya dayanmış vəziyyətdə olmaqla, hissə-hissə və ya tam şəkildə ölçmək bacarığına sahibdir. Maximum və ya minimum kütlə ölçü limiti olmayan “AzTruck” proğramı, bir çox şirkətlərin istehsal etdiyi İndigator (tərəzi ekrani, göstərici) modeli ilə xəbərləşə bilmə qabiliyyətinə sahibdir. “AzTruck” program aşağıdakı səhifələrdən ibarətdir.

  • “AzTruck” programının əsas ekran (Ana ekran) hissəsi, tartımı (ölçümü) tam baş tutmuş məlumatları əks etdirir. Program daxil olunan məlumatları geniş analız edə bilmək üçün, daxil etmə zamanı ölçüləcək yükün “Mədaxil” və ya “Məxaric” olaraq seçilməsini təklif edir.

 

  • “AzTruck” programı daxil olunan məlumatları geniş analız edə bilmək üçün, daxil etmə zamanı ölçüləcək yükün “Mədaxil” və ya “Məxaric” olaraq seçilməsini təklif edir.

 

  • “AzTruck” programının “Mədaxil” və ya “Məxaric” (Çəki-1) bölməsi seçilən zaman, açılan pəncərənin “CODU” sətrinə avtomobilin daha əvvəl programın, “YeniAvtomobilDaxilEt” səhifəsindən daxil edilmiş 4 rəqəmli kodunu daxil edərək, avtomobilin Dölət Nömrə Nişanını, boş çəkisini (boş-dolu çəkiləcək avtomobillər üçün boş çəki hər zaman “0” olaraq daxil edilir), avtomobilin sahibini təyin etmək mümkündür.

 

  • “AzTruck” programının “NET(Çəki-2)” bölməsi seçiln zaman açılan pəncərənin sağ aşağı künc hissəsində 1 dəfə çəkilmiş(Çəki-1), 2 ci çəki üçün gələcək avtomobillərin siyahısı görünür. Lazım olan məlumat seçildikdən sonra “<<<-DEYİSH” düyməsi sıxılır, məlumatlar Sol hissədəki uyğun xanalara köçürülür. “OK” düyməsi sıxılaraq əməliyyat sonlandırılır.

 

  • Tartım tamamlandıqdan sonra məlumatları tam əks etdirən qaimə səhifəsi görünür. “ÇAP ET” düyməsi sıxılaraq, qaimə çap olunur. Həmçinin “Ana Səhifə” də də, istənilən tamamlanmış tartımın üzərinə klik edilərək, “print” (üzərində printer rəsmi təsvir olunan düymə) düyməsi sıxılır, seçilmiş məlumat üçün qaimə səhifəsi əks olunur, “ÇAP ET” düyməsi sıxılaraq, qaimə çap olunur.

 

  •  “Ana Səhifə” də, istənilən tamamlanmış tartımın üzərinə klik edilərək, üzərində avtomobil  rəsmi təsvir olunan düyməyə sıxılır, seçilmiş məlumat üçün fotoşəkilli qaimə səhifəsi əks olunur, “PRİNT” düyməsi sıxılaraq, qaimə çap olunur.

 

  • “AzTruck” programının “SUMM” bölməsi (“MəlumatBazası”) daxil edilən məlumatları geniş çeşidlənə bilmə imkanları ilə, cəmlənməsi üçün nəzərdə tütlmuşdur. Səhifədən istifadə edərək istənilən sütünu ləğv və ya bərpa etmək, məlumatları tarix, saat, yükün adı, müştəri, göndərən, DNN kimi seçimlər edərək sıralamaq, istənilən 1 gün üçün və seçilmiş tarixlər aralığında məlumatların çeşıdlənməsi, yalniz seçilmiş DNN, AvtoSahibi, Gonderen, Muşteri, YükünAdı, Hesabat kimi daxil olunanlara uyğun məlumatların çeşidlənməsi mümkündür. Çeşidlənmiş məlumatları “Excel” programına transfer etmek üçün “ÇAP ET” düyməsi sıxılır. “PH.Qaimə” düyməsi seçilmiş məlumat üçün fotoşəkilli qaimə çap etmək üçün nəzərdə tutulmuşdur. Səhifənin alt hissəsində çeşidlənmiş məlumatların cəmi net çəkisi, məlumatların sayı, avtomobillərin cəmi km məlumatları əks olunur.

 

  • “AzTruck” programının “GroupSumm” bölməsi cəm məlumatları gruplaşdırılmış şəkildə təqdim etmək üçün nəzərdə tutulmuşdur. Avtomobillərin seçilmiş çeşidləmə növlərinə uyğun olaraq, daşıdığı yük, getdiyi yol və səfər sayı səhifənin alt hissəsində əks olunur.

 

  • “AzTruck” programının “YeniElaveEt” bölməsi “Medaxil/Mexaric” səhifəsində təqdim olunan məlumatların daxil edilməsi üçün nəzərdə tutulmuşdur. Səhifənin “Göndərən” bölməsindən materialı göndərən şırkətin və ya şəxsin adı qeyd olunur, daşımanı eden avtomobillərin hansı şırkətə və ya şəxsə aid olduğunu göstərmək üçün, “AvtoSahib” bölməsindən avtomobil sahiblərinin adı qeyd olunur. Tərəzi də çəkilən bütün yük növləri programın “Yuk” bölməsindən daxil edilir. Programın “Müştəri” bölməsindən, yükü qəbul edəcək tərəfin adı və yükün gedeceyi (və ya gəldiyi) sahəyə qədər olan məsafə daxil edilir. Yeni məlumat daxil etmək üçün “Yeni”, məlumatları silmək üçün isə “Sil” düyməsindən istifadə edilir.

 

  • “AzTruck” programının “Sil/Düzelt” bölməsi Operatorun səhv daxil etdiyi məlumatları silmək və düzəltmək üçün istifadə olunur, redakte olunan və silinən məlumatlar, “Admin” girişi edən şəxs tərəfindən tam şəkildə görülə bilir.

 

  • Proğramin Admın və User (istifadəçi) olmaqla 2 növ giriş metodu movcuddur. İstifadəçi sayında məhdudiyyət yoxdur və Admin istədiyi sayda istifadəçi daxil edə bilər. Admin girişi yalnız 1 sayda mümkündür.

 

  • Daxil edilən məlumatlara istənilən məsafədən bağlanmaq mümkündür. Tərəzinin harada olmasından asılı olmayaraq, internet bağlantısı təmin edildiyi zaman, istənilən ünvana (ofis) təyin olunmuş komputere melumatların köçürülməsini təmin etmək mümkündür.

 

  • “AzTruck” programını hər bir komputer üçün fərdi identifikasiya nömrəsinə əsasən yazılır, kopyalanması qadağandır.

 

  • Istifadə edilən cıhazların (camera üçün av çevirici, indigator üçün COM port) qüsursuz işləməsi üçün komputer əməliyyat sisteminin “Windows XP SP3 English” versiyası olması arzuolunandır. Tarıx metodu dd/MM/yyyy, saat metodu HH:mm:ss – dir(komputerin “Regianal settings” bölməsindən).

 

  • Program yalnız şirkətimiz tərəfindən verilən kompüter qurğusuna quraşdırıldığı zaman tam zəmanət verilir.